2019-cu ildə qadınlar kimə bənzəyəcək? - Türkiyəli estetik cərrah açıqladı

09.10.2018 16:54

Zaman ötür, onunla birlikdə gözəllik etalonları da dəyişir. Bu isə o deməkdir ki, hər bir dövr öz qaydalarını diktə edir. Məsələn, 50 il qabaq mövcud olan gözəllik tendensiyaları bu gün artıq aktual deyil. Hətta müasir dövrün gözəllik tendensiyaları ilə əvvəlki illərin tendensiyaları bir-birindən kəskin şəkildə fərqlənir.

XəzərXəbər xəbər verir ki, türkiyəli estetik cərrah Selçuk Aytaç 2019-cu ildə dəbdə olacaq qadın bədən quruluşu haqqında məlumat verib. Cərrahın sözlərinə görə, qum saatı formasında bədən quruluşu 2019-cu ildə də dəbdə olmağa davam edəcək:

"Son illərə qədər qadınlar arıqlamaq üçün əlindən gələni edirdi. "Nə qədər arıq olsam, bir o qədər yaxşıdır” məntiqi ilə hərəkət edirdi. Artıq podiuma çıxan modellər kimi arıqlaya bilməyən qadınlar rahat nəfəs ala biləcək, çünki növbəti ildə qıvrımlı və dolğun bədənlər populyar olacaq”.

Selçuk Aytaç onu da əlavə edib ki, qum saatı şəklində bədən quruluşu qadınlığın simvolu sayılır:

"Müasir qadınlar daha qadınsayağı bədən xətlərinə sahib olmaq istəyir. Qum saatı formasında bədən xüsusilə qadınlığı və qadının sağlam uşaq dünyaya gətirə biləcəyini simvolizə edir. Həmçinin son dərəcə seksual görünür”.

Qadınların omba protezinə və dolğusuna maraq göstərdiyini vurğulayan həkim fikrini belə tamamlayıb: "Ombalara estetik müdaxilə xüsusilə son bir neçə il əvvəl dəbə minib. Odur ki, artıq ombalarda əməliyyat etdirmək istəyən xanımları sayı hər il artır”.

Qeyd edək ki, incəbel və böyük ombaların dəbə minməsində Cennifer Lopez və Beyons kimi ulduzların xüsusi rolu var. Məsələ ondadır ki, dünyanın əksər kişiləri Cenniferin bədən quruluşuna heyrandır. Belə bədənə sahib olmaq üçün qadınlar həm plastik yollara əl atır, həm də squat (çömbəlmə) məşqi edirlər./Publikaz.az






© xezerxeber.az


327 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR