Tarkandan arvadına yemək qadağası

09.10.2018 16:44

Türkiyəli məşhur müğənni Tarkan həyat yoldaşına qadağa qoyub.

Müğənni iki ay əvvəl Almaniyada dünyaya gələn qızı Liyanın üstündə əsir. Onun sağlam böyüməsi üçün əlindən gələni edir. Tarkan indi də həyat yoldaşı Pınara konservləşdirilmiş qidaları yeməyi qadağan edib. Verilən məlumata görə, müğənni evi üçün yalnız orqanik qidalar alır.

Qeyd edək ki, Tarkan və Pınar cütlüyü 2016-cı ildə evlənib.


AzNews.az

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR