“Qara güzgü” serialı bu mövsüm hansı yeniliklər edəcək?

06.10.2018 12:10

Bütün dünyada maraqla izlənilən, texnologiyanın insan həyatına təsirindən bəhs edən "Qara güzgü” (Black Mirror) serialı növbəti mövsümdə yeniliklərlə tamaşaçılar qarşısına çıxacaq.

Yeni mövsümdə seriala interaktiv bir bölmə əlavə olunacaq.

Hələ ki, ətraflı açıqlama verilməsə də bu bölüm də serial izləyicilərin seçiminə görə davam edəcək.

Yəni hekayənin sonunu tamaşaçılar müəyyənləşdirəcək.

"Qara güzgü”nün son mövsümünün yayımlanacağı tarix hələ məlum deyil. Ancaq əvvəlki mövsümlərin dekabr ayında təqdim edildiyini nəzərə alaraq söyləmək olar ki, serialın beşinci mövsümü də bu ayda ekranlara çıxacaq./AzNews.az

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR