“Kurtlar Vadisi” YAYIMLANACAQMI? - Necati Şaşmaz AÇIQLADI

04.10.2018 14:59

Necati Şaşmaz bundan sonra uşaq filmləri çəkməyə qərar verib.

Necati Şaşmaz dünən həyat yoldaşı ilə "İstanbul Muhafızları: Ab-ı Hayat Çeşmesi” filminin premyerasında iştirak edib. Aktyor qala gecəsində jurnalistlərin "Kurtlar Vadisi” serialı ilə bağlı verdiyi suallara cavab verib.

Şaşmaz "Yeni bir layihəmiz var, amma "Kurtlar Vadisi” yox, "Nöbet” adlı film olacaq. Yeni film Antalya ərazisində çəkiləcək" deyərək "Kurtlar Vadisi”nin pərəstişkarlarını kədərləndirib.

Aktyorun sözlərinə görə, bundan sonra animasiya filmləri çəkmək niyyətindədir:

"Artıq daha çox animasiya çəkmək istəyirəm. Çünki uşaqların təlim-tərbiyəsinə və təhsilinə önəm verməliyik. Baxımlı cizgi filmləri çəkmək lazımdır. Uşaqlıq dövrümdə Adilə Naşitlerin danışdığı nağıllara qulaq asardıq. "Keloğlan”ımız vardı, amma cizgi filmi deyildi. Digər cizgi filmləri xatırlamaq belə istəmirəm, çünki mədəniyyət imperializmi vardı”./publika.az

© xezerxeber.az


1488 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR