Hollivud ulduzundan şok açıqlama

13.09.2018 12:47

Hollivud ulduzu Sally Field ögey atası tərəfindən zorlanıb. Bunu "New York Times” qəzetinə müsahibəsində aktrisanın özü deyib.

Field 17 yaşında "Jocko” ləqəbli atasından hamilə qaldığını, lakin abort edərək körpəsini tələf etdiyini qeyd edib.

Aktrisa söyləyib ki, mövzu barədə bu günə kimi səssiz qalıb və həyatını "İn Memories” kitabında əks etdirib.

"Özümü çarəsiz bir uşaq kimi hiss edirdim. Başıma gələnlər məni gücləndirdi. Amma mən uşaq olmaq, uşaq kimi özümü hiss etmək istəyirdim”- deyə Field bildirib. ("Qafqazinfo”)

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR