Dünyanın ən seksual aktrisası 3-cü dəfə ərə gedəcək - FOTO

12.09.2018 16:45

Bir neçə dəfə dünyanın ən seksual aktrisası seçilən Skarlet Yohanson Kolin Jostla ailə qurmağa hazırlaşır.

33 yaşlı kino ulduzu ilə sevgilisi münasibətlərini rəsmiləşdirməyə qərar verib.

Qeyd edək ki, aktrisa 2 dəfə evli olub. O, 2008-ci ildə de Ryan Reynoldsla ailə qurub. Cütlük 2011-ci ildə ayrılıb.

2014-ci ildə Romain Dauriak ilə evlənən ulduz ondan üç il sonra boşanıb. Skarlett Yohanssonun bu evlilikdən bir övladı var./publika.az



© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR