Nüsrətin restoranında müştəri MƏNZİL DƏYƏRİNDƏ hesab ödədi - FOTO

11.09.2018 14:23

Türkiyəli qəssab Nüsrətin Nyu-Yorkdakı restoranında ödənilən 41 min dollarlıq hesab sosial mediada müzakirə mövzusu olub.

Duzu ətin üzərinə qeyri-adi hərəkətlə səpməsi nəticəsində gündəmə gələn qəssabın Nyu-Yorkdakı restoranına üz tutan bir müştəri hesabın yüksək olmasına etiraz edib. 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb.

Müştəri Nüsrətin Nyu-yorkdakı restoranında 2 şüşə Petrus şərabına 18 min dollar pul verib. Çekdə 5 min 825 dollarlıq xidmət haqqı isə xüsusi diqqət çəkib.

İddia olunur ki, dolların kursu Türkiyədə bahalaşdığı üçün Nüsrət Nyu-Yorkdakı restoranında xidmət haqqı ilə meynunun qiymətlərini yuxarı qaldırıb./publika.az

© xezerxeber.az


346 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR