Beren Saat ilə Sinem Kobal küçə stili ilə heyran etdi

07.09.2018 12:45

Beren Saat ilə Sinem Kobal dünən İstanbulda ayrı-ayrı ticarət mərkəzlərində görüntülənib.

Kino ulduzları geyimləri ilə diqqət çəkib. Gündəlik üçün rahat mom adlanan şalvar modellərə üstünlük verən Beren və Sinem stilləri ilə bir çox modapərəstləri özünə heyran qoyub.

Sinəmin kombini olduqca uğurlu alınıb. O, hündürbel şalvarı qara krop topla birləşdirərək incə belini və qarın əzələsini nümayiş etdirib. Aktrisanın bədən quruluşu bu dəstə xeyli uyğun olduğundan əynində çox xoş görünür. Saçlarını yarım toppuz yığan Sinem obrazını idman ayaqqabılarla tamamlayıb.

Hündürbel cins şalvarlar 2018 və 2019-cu ilin əsas trendlərindən biridir. Beren Saat hündürbel cinsini straplez zolaqlı korsetlə uyğunlaşdırıb. Kiçik çərçivəli eynəklər onun obrazının tamamlayıcısı olub.

Hər iki məşhur makiyajdan istifadə etməsə də, təbii gözəlliyi ilə valehedici görünməyə nail olublar./publika.az

© xezerxeber.az


396 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR