"Polad Ələmdar" gerçək həyatda boşanırmı?

04.09.2018 12:01

"Kurtlar Vadisi”ndə "Polat Alemdar” olaraq populyarlaşan aktyor Necati Şaşmazın 6 illik həyat yoldaşı Nagehan Şaşmazdan ayrıldığı iddia edilib.

XəzərXəbər "Qafqazinfo”ya istinadən xəbər verir ki, cütlüyün dostları bildirib ki, onlar qısa müddət sonra rəsmi olaraq boşanacaqlar.

Lakin Şaşmaz vəkili vasitəsiylə açıqlama yayıb, məlumatların əsassız olduğunu qeyd olunub:

"Bizim xoşbəxt bir evliliyimiz var. Belə xəbərlərlə imicimizi ləkələmək istəyirlər. Təəssüf ki, ucuz xəbərlərlə bunu bacara bilməyəcəklər. Bu və bundan sonra ailəmizlə bağlı əsassız xəbər yazan hər kəs hüquqi yolla cəzalandırılacaq”.

Qeyd edək ki, cütlük 2012-ci ildə qurub. Onların iki oğlan övladı var.

© xezerxeber.az


704 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR