"Recep İvedik 6"nın yayım tarixi bəlli oldu

03.09.2018 16:35

İzləyicilərin maraqla gözlədiyi "Recep İvedik 6" filmi gələn ilin fevralında tamaşaçı qarşısına çıxacaq.

Bu barədə filmin baş rol ifaçısı Şahan Gökbahar sosial şəbəkə hesabında məlumat verib.

"Xeyirlisi. Qəzamız mübarək olsun. Moda girdim artıq", - deyə o, yazıb.

Qeyd edək ki, aktyorun bu seriadan olan öncəki filmi "Recep İvedik 5" ötən il izlənmə rekordu qıraraq, Türkiyənin kinoteatrlarda ən çox baxılan komediya filmi olmuşdu.

© xezerxeber.az


351 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR