Şakiranın səhhəti pisləşdi, konserti ləğv olundu - VİDEO

31.08.2018 12:10

Dünya şöhrətli kolumbiyalı müğənniŞakiranınsəhhəti pisləşib.

Sənətçi bu barədə sosial media hesabında məlumat verib.

O, xəstələndiyinə görə Los-Anceles konsertiniləğv edib.

"Los-Anceles, öncəki konsertə görə təşəkkür edirəm. Mənə sizinlə birgə rəqs etmək və mahnı oxumaq xoş idi. Amma konsertdən sonra xəstələndim. Virus məni ayaqlarımdan yaxaladı. Buna görə dəkonsertin tarixi dəyişir”, - deyə 41 yaşlı Şakira yazıb.

Qeyd edək ki, Şakira "El Dorado World Tour”a daxil olan konsertini 3 sentyabr tarixinə ertələyib.

© xezerxeber.az


338 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR