Hollivudun 43 yaşlı məşhur subayı evlənir

30.08.2018 16:39

Hollivud şou-biznesinin məşhur kino ulduzu Leonardo Di Kaprio evlənməyə hazırlaşır.

43 yaşlı aktyor 21 yaşlı model sevgilisi Kamila Morrone ilə münasibətlərini rəsmiləşdirməyə qərar verib. Cütlüyə yaxın mənbə iddia edib ki, onlar bir-birini həqiqətən də sevir.

Məlumat üçün bildirək ki, Kamila və Leonardo təxminən səkkiz aydır görüşür. Lakin onlar artıq başa düşüb ki, münasibətlərdə yeni mərhələyə hazırdılar. Dünyanın ən cazibədar sarışınları ilə sevgili olan Leo ilk dəfədir ki, şəxsi həyat ilə bağlı belə bir qərar verib.

Leonardo Dİ Kaprio əvvəllər Helena Kristensen, Bar Rafaeli, Jizel Bündhen, Toni Qappn və digər modellərlə görüşüb./publika.az

© xezerxeber.az


311 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR