Hadisənin anası intihara cəhd edib - FOTO

25.07.2018 10:23

Məşhur türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Sabah”qəzeti məlumat yayıb.

Bildirilir ki, sənətçinin anası yuxu dərmanı içərək intihar etmək istəyib. O, dərmanı içməzdən əvvəl qızlarına məktub yazıb.

"Mənimlə maraqlanmırsınız. Narahat olduğumu deyirəm, məni həkimə aparmırsınız. Aranızdakı pul məsələlərindən və davalarınızdan bezmişəm”, - deyə Gülnihal məktubda yazıb.

Analarından xəbər ala bilməyən qızları isə yaşadıqları binanın mühafizə xidmətinə müraciət edib. Polislər gələrək qapını açıb və ifaçının anası xəstəxanaya aparılıb.

Gülnihal Açıkgöz bir həftə müalicə alıb.


© xezerxeber.az


433 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR