Mustafa Cecelinin arvadından boşanmasının ŞOK SƏBƏBİ - İntizarla sevgili imiş

14.07.2018 12:52

Türkiyəli müğənni Mustafa Cecelinin həyat yoldaşı Sinəm Gedikdən boşanması bir müddət ölkə mətbuatının gündəmində olmuşdu. Boşanma xəbərindən sonra M.Ceceliyə çoxlu tənqidlər olsa da, cütlüyün ayrılmasının əsas səbəbi ilə bağlı yeni detallar üzə çıxıb.

M.Cecelinin keçmiş həyat yoldaşı S.Gediyin müğənni İntizarla münasibəti olub.

Belə ki, Cecelinin məhkəməyə təqdim etdiyi ifadədə ona mail vasitəsilə "Arvadın müğənni İntizarla eşq yaşayır” mesajının gəldiyini deyib. Məktubda yazılanlara inanmayan Mustafaya daha sonra onların sevgi münasibətini əks etdirən fotolar və videolar göndərilib. İddiaya görə həmin görüntülərdə Cecelinin oğlu da onların yanında olub.

Mustafa isə əlindəki faktları məhkəməyə təqdim edərək, eks-arvadı Sinem Gedikin analıqdan məhrum edilməsini istəyib.

M.Ceceli S.Gediklə boşanandan sonra onu tənqid edənlərə dəfələrlə "hər kəs məni günahkar bilir və vəziyyət sizin bildiyiniz kimi deyil”- deyə bildirib./publika.az

© xezerxeber.az


425 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR