Türkan Şoray heyranlarına PİS XƏBƏR

30.06.2018 16:23

Karyerasında bir çox ilklərə imza atan Türkiyəli məşhur aktrisa Türkan Şoray heyranlarını kədərləndirəcək açıqlama verib.

XəzərXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeşilçam"ın Sultanı ünvanına sahib olan, dünyada ən çox baş rolda oynayan T.Şoray aktrisalıq karyerasına son qoyub.

Aktrisa bildirib ki, son vaxtlar müsbət dəyərləndirəcəyi ssenarilər təqdim olunmur.

"Artıq yaxşı ssenarilər təqdim edilmir. Ona görə də aktrisalıq fəaliyyətimə son qoyuram. Həqiqətən də, belə bir qərar qəbul etdim”-deyə, açıqlama verib.

Qeyd edək ki, T.Şoray 1960-cı ildə 15 yaşında "Kənddə bir qız sevdim” filmi ilə aktrisa kimi fəaliyyətə başlayan T.Şoray 222 filmə, 12 seriala çəkilib. Bu sahədə dünya rekorduna sahibdir.

O, 5 filmin rejissoru olub, 2 film ssenarisi yazıb. T.Şoray Türkiyədəki film festivallarında 6 dəfə "Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.

© xezerxeber.az


411 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR