Ancelina Coli heyranedici LİBASDA

29.06.2018 12:17

Dünən Pavel Kilsəsində Mixail və Müqəddəs Georgi ordeninin 200 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirə 2014-ci ildə öz fəal humanitar fəaliyyətinə görə fəxri "Dama" titulu ordeninə layiq görülən Ancelina Coli də qatılıb. Yeri gəlmişkən, mükafatı aktrisaya Kraliça II Yelizaveta şəxsən təqdim etmişdi.

Mərasimə Coli tez-tez müraciət etdiyi "Ralph & Russo”dan qəşəng paltarda gəlib. Stilistlər onun geyimini eleqant əlcəklər və klatçla bəzəyiblər. Lakin obrazın əsas tamamlayıcısı sinəsində taxdığı zərif ordeni və füsunkar baş geyimi olub.

Aktrisanın bu çıxışı həm modapərəst xanımlar, həm də stilsitlər tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə kraliça da iştirak etməli olub, lakin Bukingem sarayının nümayəndələri bildiriblər ki, özünü yaxşı hiss etmir. Ona görə də, mərasimə gəlməyib./publika.az

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR