Oksana yeni sevgilisinin GÖRÜNTÜSÜNÜ YAYDI: uşağının atasıdır... - FOTO

28.06.2018 14:28

Ana olmağa hazırlaşan Oksana Rəsulova instaqramda sevgilisi ilə şəklini paylaşıb.

36 yaşlı aktrisa və rəqqasə həyatında biri olduğunu rəsmən elan edib. O, sevgilisi ilə əl-ələ tutduğu şəkli paylaşaraq "Nə yaxşı ki, varsan. Həyatımda və qəlbimdəsən” sözlərini qeyd edib.

Qeyd edək ki, keçən ay rəqqasənin süni mayalanma yolu ilə hamilə qaldığı xəbəri yayılmışdı. Uzun müddətdir mediadan və tədbirlərdən uzaq gəzən, instaqram hesabında da yeni fotolar paylaşmayan O.Rəsulova hamilə olması xəbərini təsdiq edib. Lakin o, süni mayalanma yolu ilə ana olacağı xəbərinin yanlış olduğunu söyləyib. Əldə etdiyimiz məlumata görə, rəqqasənin dünyaya gələcək övladının atası adını gizli saxladığı sevgilisidir.

Xatırladaq ki, ulduz 3 dəfə rəsmi nikahda olub./publika.az

© xezerxeber.az


1623 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR