Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Məryəm Uzerlinin CİDDİ PEŞMANLIĞI: bunu etdi və...

11.06.2018 13:32

Məryəm Uzerliyə dodaqlarını və üzünü təbii halına qaytarması barədə xəbərdarlıq edilib.

Məryəm Uzerli 2011-2014-cü illər arasında "Möhtəşəm 100 il” adlı tarixi serialda Hürrəm Sultanı oynayarkən üzündə heç bir estetik əməliyyat yox idi. Çünki prodüseri Teymur Savcı ekran işində estetik əməliyyat etdirmiş aktyor görmək istəmirdi.

Məryəm Uzerli son 2 ildə göz altı, gicgah və dodaqlarına dolğu vurdurub. Amma onun gözəllik uğrunda etdiyi cəhdləri bəyənilməyib və kəskin tənqidə məruz qalıb.

Məlum olub ki, aktrisaya məşhur rejissorlardan biri "Çox təəssüf, üzünü düzəlt" deyə xəbərdarlıq edib. 34 yaşlı ulduz artıq hərəkətə keçib. O, üz və dodaqlarındakı dolğuları əritməyə qərar verib. Bunun üçün aktrisa yaxın günlərdə İstanbulda həkimlə görüşəcək və təbii halına qayıdacaq./publika.az

© xezerxeber.az


411 dəfə oxunub

ÇOX OXUNANLAR