Maşını soyulan Dilarə: Aparılan təkcə pul deyil – FOTO

08.06.2018 15:40

"Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın maşınına hücum olunub.

Belə ki, o, "Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

Gecə saatlarında naməlum şəxs Kazımovanın 90 ** 527 nömrəli maşınının şüşəsini sındıraraq "bardaçok”dan 2 min manat oğurlayıb.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Dilarə baş verən olayı təsdiqləyib.

"Ayın 7-si gecə saat 2-də studiyadan evə gəldim. Həmişəki yerdə maşınımı saxladım. Bundan öncə də avtomobilimdə dəfələrlə pul saxlamışam. Heç bir şey olmayıb. Saat 9-da həmin 2 min manat pulu başqasına verməli idim. İnanmırdım ki, 7 saat ərzində bu pulu oğurlayarlar. Dünən saat 8-də bizə dedilər ki, avtomobilin sağ şüşəsini sındırıblar. Aparılan təkcə pul deyil. Avtomobilin içindən bahalı parfüm, üç ədəd eynək dəgötürüblər”.

Dilarə bildiribki, şikayəti bu gün səhər yox, dünən edib:

"Dünən səhər biz şikayət etmək üçün polisə yollandıq. Orada bizə dedilər ki, analoji hal 5 gün öncə də təkrarlanıb. Bizdən öncə iki maşını da sındırıblar. Bunu bilsəydim, pulu maşında qoymazdım. Notbukumu da avtomobildə qoymaq istəyirdim, sonra fikrimi dəyişdim”.

Kazımova məsələ ilə bağlı araşdırmanın getdiyini bildirib:

"Cinayət işi açılıb. Dünən ekspertlər də gəlib, baxış keçirdilər. İnanıram ki, tapacaqlar”.

Qeyd edək ki, xəbəri ilk Qafqazinfo.az saytı yayıb.

© xezerxeber.az


320 dəfə oxunub

XƏBƏRLƏR

21.06.2018 14:18

Azərbaycana yay gəldi

21.06.2018 13:51

Əsgərə məktub yazın!

ÇOX OXUNANLAR