Ebru Gündeş ABŞ-da həbsdə olan əri ilə görüşdü

07.06.2018 14:19

Müğənni Ebru Gündeş ABŞ-da həbsdə olan əri Rza Zərrabı görmək üçün Nyu-Yorka gedib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Haberturk” qəzeti məlumat yayıb.

Türkiyəli sənətçi iki il sonra qızı Alara və meneceri Sedef Arımla birgə Amerikaya getmək qərarına gəlib. Ebru ilə Rzanın görüşü iki həftə əvvəl baş verib.

E. Gündeş bir neçə gün Nyu-Yorkda qalandan sonra ötən bazar İstanbula qayıdıb.

Qeyd edək ki, tanınmış iş adamı korrupsiya və "çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdədir.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR