Məşhur aktrisa 54 yaşında ana olacaq

31.05.2018 14:38

Hollivudun məşhur aktyoru Silvestr Stalloenin keçmiş xanımı, məşhur aktrisa Briqitta Nilsen ana olacaq.

"Qafqazinfo” xəbər verir ki, 54 yaşlı aktrisa 3-cü dəfə övlad dünyaya gətirəcək.

Danimarkalı kino ulduzu bu barədə instaqrama məlumat verib, səhifəsində iki foto paylaşıb. Briqitta həmin şəkillərə "ailəmiz genişlənir”, "xoşbəxt anlar” tipli rəy yazıb.

Bu məqamda bildirək ki, Nilsen 5 dəfə hamilə qalıb, lakin onun bundan əvvəl iki doğuşu uğurlu olub.

Qeyd edək ki, o, 39 yaşlı prodüser Mattia Dessi ilə 2006-cı ildə ailə qurub. Bu, Nilsenin sayca beşinci nikahıdır.

Aktrisa Kasper Winding (1983), Silvestr Stallone (1985), Sebastian Copeland ( 1990), Raoul Meyer (1991) kimi məşhurla da evli olub.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

19.06.2018 12:52

BMT ABŞ-a etiraz edib

ÇOX OXUNANLAR