Burak Özçivitlə Fahriye Evcendən pərəstişkarlarına ŞAD XƏBƏR

31.05.2018 13:17

Tanınmış aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcenlə yeni filmdə çəkiləcək.

Burak Özçivit prodüserlik etdiyi "Kardeşim Benim 2" və "Can Fəda” filmlərinin uğursuzluğundan sonra radikal qərar verib. Aktyor yeni layihəsində xanımı ilə kamera qarşısına keçəcək. İddia olunur ki, Burak həyat yoldaşını filmə çəkməklə 1 milyondan çox izləyici yığmaq niyyətindədir.

Xatırladaq ki, aktyorun prodüser kimi ilk işi "Aşk sana benzer” (1 milyon 406 min 620 nəfər) və "Kardeşim benim” (2 milyon 70 min 949 nəfər) filmləri kinoteatrlarda böyük maraqla izlənmişdi. Lakin Burak sonuncu iki layihəsi - "Kardeşim benim 2” (573 min 605 nəfər) və "Can Fəda” (292 min 992 nəfər) filmlərindən sonra ziyana uğramışdı.

Burakla Fahriyenin 2013-2014-cü ildə baş rolda oynadığı "Çalıquşu” serialı da yüksək reytinq toplamışdı./publika.az

© xezerxeber.az


543 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR