Dəqiqəyə bir milyon qazanan aktyor…

30.05.2018 15:42

Aktyor Deniel Kreyq bu dəfə də Ceyms Bond rolunda çəkiləcək.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı aktyor artıq yeni "Ceyms Bond” filminin prodüseri ilə danışıqlara başlayıb.

Sonuncu dəfə 2015-ci ildə "Agent 007: Spektr”də çəkilən Kreyq dizlərindən travma aldığından layihədəki rolunu yarımçıq qoymuşdu. O, bir daha bu filmə çəkilməyəcəyini desə də, amma onu razı sala biliblər.

Məlum olub ki, bunun üçün Denielə 50 milyon sterlinq (160 milyon AZN) təklif olunub. Bu isə o deməkdir ki, aktyor filmin hər dəqiqəsi üçün 1,1 milyon pul qazanmış olacaq.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR