“İstanbullu Gəlin”in İpəyi aktyor sevgilisi ilə - FOTO

29.05.2018 15:06

"İstanbullu Gəlin” serialında İpək obrazını canlandıran aktrisa Dilarə Aksüyek dünən axşam Nişantaşında sevgilisi ilə görüntülənib.

"Sozcu” xəbər verir ki, təxminən iki ildir birlikdə olduğu aktyor Ceyhun Mengiroğluyla yemək yeyən aktrisa restoran çıxışında jurnalistləri qarşısında görəndə, təəccübünü gizlədə bilməyib.

Sevgilisiylə əl-ələ tutan Dilarə Aksüyek müxbirlərin "Rol aldığınız serialda Özcan Dənizin layihədən ayrılacağı iddia edilib. Doğrudurmu?" sualına "Gecəniz xeyrə qalsın, mənim heç bir məsələ haqqında məlumatım yoxdur" , - deyə cavab verib./publika.az





© xezerxeber.az


676 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR