Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Murad Bozdan Aslı Ənvərə doğum günündə mesaj: “Çox gec olmadan...”

11.05.2018 13:15

Üzü olduğu marka üçün "Gec olmadan ilk addım at" adlı bəstə yazan Murad Boz mahnını Aslı Ənvərlə ayrılmazdan əvvəl hazırladığını və son zamanlar heç nədən peşmançılıq çəkmədiyini deyib.

Müğənni bu barədə dünən baş tutan mətbuat konfransında danışıb. O, məhəbbət və peşmançılıqla bağlı fikirlərini belə ifadə edib: "Gecikdiyim zamanlar oldu, həm də çox, peşmançılıq da yaşadım. Bununla belə taleyə inanıram. Yalnız məhəbbətlə bağlı deyil, hər mövzuda. Lakin son zamanlar heç nə ilə bağlı peşmançılıq hissləri keçirməmişəm. Həyat davam edir".

Boz mahnını ayrılıq öncəsi yazdığını sözlərinə əlavə edib: "Albom və film layihəsi var. Gözəl ssenarilər gəlir, hələ qərar verməmişəm. Qəlbimə, ruhuma toxunarsa, oynayıram. Dram, triller fərq etməz. Musiqini də heç vaxt kənara atmaram".

Sənətçi 1.2 milyon TL-yə (təxminən 600 min manat) aldığı idman avtomobilinin aktrisadan ayrılığı ilə əlaqələndirilməsinə əhəmiyyət vermədiyini bildirib: "Həyatımda idman avtomobilləri həmişə olub. Bunu Aslı ilə əlaqələndirmək doğru deyil".

Xatırladaq ki, dünən Aslı Ənvərin 33 yaşı tamam olub. Murad Boz "Gec olmadan ilk addım at" adlı yeni mahnısını da mayın 10-unda təqdim edib.

© xezerxeber.az


468 dəfə oxunub

ÇOX OXUNANLAR