Ajda Pekkan özündən 22 yaş cavan sevgilisinə görə məhkəməlik oldu

09.05.2018 14:39

Ajda Pekkan sevgilisi Bülent Çavuşoğlunun ondan 22 yaş kiçik olduğunu yayan mətbuat orqanlarını məhkəməyə verib.

Çavuşoğlu bir müddət əvvəl 72 yaşlı Ajda Pekkanın İstanbul-Bahçeköydeki 30 milyon TL-lik (təxminən 15 milyon manat) villasına köçüb. İddialara görə, Pekkan gənc sevgilisi üzündən qardaşı Semiramis Pekkanla mübahisə edib. Ailəsi Pekkanın gənc sevgilisi ilə görüşməsinə qarşı çıxıb.

Məşhur ulduz mediada çıxan bu xəbərlərdə şəxsiyyətinin alçaldıldığını və nüfuzunun zədələndiyini bildirərək məhkəməyə müraciət edib.

Ajda xəbərlərdə sevgilisiylə arasındakı yaş fərqinin qeyd edərək onun rahatlığını və dincliyini pozanların və alçandanların cəzalandırılmasını tələb edib. Hazırda ulduzun şikayəti ilə bağlı prokurorluqda istintaq başlayıb./publika.az

© xezerxeber.az


724 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR