Aysel "Eurovision"da finala çıxa bilmədi

09.05.2018 09:54

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

XəzərXəbər xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Aysel Məmmədova "X my heart" mahnısını ifa edib.

Səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçisi müsabiqənin finalından kənarda qalıb. Azərbaycanla yanaşı İslandiya, Belçika, Belarus,Yunanıstan, Ermənistan, İsveçrə, F.Y.R. Makedoniya, Xorvatiya da finala çıxa bilməyib.

Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya isə İkinci yarımfinalda iştirak hüququ qazanıb.

© xezerxeber.az


755 dəfə oxunub

ÇOX OXUNANLAR