Bir zamanlar ofisiantdı, indisə milyarder xanımıdır

08.05.2018 15:55

28 yaşlı moldovalı Kseniya Deli indi 65 yaşlı misirli milyarder Ossama Fəthi Rəbah əl Şərifin xanımıdır.

Bir zamanlar Moldovanın paytaxtı Kişinyovdakı restoranlardan birində ofisiant işləmiş Kseniya Deli ilə əl Şərifin toyu iki il əvvəl İtaliyanın Santorini adasında olmuşdu.

Toya 1 milyon avro xərclənmişdi.

İlk övladına hamilə olan Kseniya Deli İnstagram-dakı profilində yeni fotolarını paylaşıb.

Playboy modeli kanadalı müğənni Castin Biberin "What Do You Mean" və Kelvin Harrisin "Thinking About You" maşnılarının videokliplərinə çəkiləndən sonra məşhurlaşmışdı.

Onun İnstagram-dakı profilinin 850 mindən artıq daimi təqibçisi var.

K.Deli Playboy, FHM, GQ, Sports Illustrated, Vogue, Harper's Bazaar və Maxim jurnalları üçün fotosessiyalara da çəkilib.
///Milli.Az

© xezerxeber.az


948 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR