Tanınmış müğənni ata oldu - FOTO

30.04.2018 10:37

Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz ata olub. Lent.az-ın gecce.com.tr-yə istinadən verdiyi xəbərə görə, müğənninin 25 yaşlı xanımı Feyza Aktan ötən gün körpəsini dünyaya gətirib. Cütlüyün oğlu olub. Oğlu Kuzeyin əlinin fotosunu sosial şəbəkədə paylaşan Özcan "Möcüzəm gəldi. Tərifedilməz hisslər içindəyəm” sözlərini yazıb.


Qeyd edək ki, Feyza ilə Özcan bir ay əvvəl ailə qurub.

© xezerxeber.az


577 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR