“Avicii”nin intihar məktubu tapıldı

27.04.2018 17:45

Məşhur İsveçli dicey Tim Berqlinq (səhnə adı "Avicii”) intihar edib.

Bu barədə "The Sun” musiqiçinin ailə üzvlərinə istinadən məlumat yayıb.

Berlinqin ailəsi bildirib ki, o ölümündən qabaq məktub yazıb.

"Bizim əziz Tim çox incə qəlbli bir sənətkar idi, mövcudluqla bağlı suallara cavab axtarırdı... Xoşbəxt olmaq və sevdiyi işlə, xüsusilə musiqi ilə məşğul olmaq üçün öz həyatında tarazlıq tapmağa çalışırdı. O, həyat və xoşbəxtliyin mənası haqqında düşüncələrlə yaşayırdı. Daha (yaşamağa) davam edə bilmirdi”, - deyə diceyin ailə üzvü bildirib.

Qeyd edək ki, "Qremmi” mükafatına namizəd olan, EDM janrının ulduzu Tim Berqlinq aprelin 20-də Omanda keçirdiyi məzuniyyətzamanı dünyasını dəyişib. Sonradan KİV-də onun səhhəti ilə bağlı problemlərin olduğu, pankreatitdən əziyyət çəkdiyi haqqında xəbərlər yayılıb./oxu.az

© xezerxeber.az


682 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR