Məşhur aktyor dünyasını dəyişdi

11.02.2018 12:01

Emmy mükafatı qazanan, "House of Cards" filmində canlandırdığı Freddy Hayes obrazı ilə sevilən aktyor Reg E. Cathey Nyu-Yorkda dünyasını dəyişib.

Aktyor 59 yaşında dünyasını dəyişib. Bu barədə aktyorun çəkildiyi "The Wire"nin rejissoru David Simon məlumat verib.

"Nəinki gözəl və peşəkar aktyor idi, o mənin hər vaxt fikirlərimi bölüşə bildiyim bir insan idi. O hər bir insanın yaddaşında yaxşı iz buraxırdı", deyə David bildirib.

Catheyin ağciyər xərçəngi olduğu bildirildi, amma ölüm səbəbi rəsmi olaraq hələ açıqlanmayıb. (aznews.az)

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR