Monika Belluççi qırmızı libasda və yeni saç düzümündə - FOTOLAR

06.02.2018 16:41

Heyrətamiz Monika Belluççi qırmızı geyimi ilə diqqət çəkib.

Dünən Fransada "Lumieres Award” kino mükafatlarının təqdimetmə mərasimi baş tutub. Tədbirdə kino və şou sahəsinin bir çox tanınmış simaları qatılıb, ancaq hamısından çox əfsanəvi Monika Belluççi parlayıb.

Fransa kinematoqrafiyasının nümayəndələri ilə çoxdan səmimi münasibətləri olan 53 yaşlı italyan aktrisası sevimli qara rəngini qırmızıya dəyişib. Kino ulduzu gecə üçün bədən quruluşunu vurğulayan qırmızı libasa üstünlük verib. O, dizə qədər yarığı olan bu paltarda və yeni saç düzümü ilə sözün əsl mənasında başgicəlləndirici görünüb.

Qırmızı xalçaya 84 yaşlı aktyor Jan Pol Belmondo ilə çıxan aktrisa dostluq etdiyi həmkranın yanağından öpüb.

Maraqlıdır ki, gündən-günə gözəlləşən ulduz nə idman edir, nə də ki, pəhriz saxlayır. O, həyat qaydalarını belə izah edib: "Səhər tezdən durub idman edənlərdən deyiləm. Pasta, tort dilimi, şərab və siqareti çox sevirəm. Hər kəsə məsləhət görürəm ki, yaxşı yeyin və için. Sekslə məşğul olun və çoxlu gülün”./publika.az





© xezerxeber.az


553 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR