Alişanın sevgilisinə yazdıqları başına "bəla" oldu

06.02.2018 10:20

"Dostlar mahellesi" serialında birlikdə çəkildiyi tərəf-müqabili Buse Varola aşiq olan müğənni Alişan sevgi etirafı ilə gündəm olub.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə sevgilisi ilə fotosunu paylaşan ifaçı yazıb:

"Deyirlər ha, mən sənsiz yaşaya bilmərəm, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram, amma səninlə daha gözəl yaşayaram".

Alişanın bu sözləri sosial şəbəkə istifadəçilərinin dilinə düşüb. Fikrini düzgün ifadə etməyən Alişan şərh yağmuruna tutulub.

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR