Müğənninin 6 yaşlı qızının AĞLASIĞMAZ HƏYATI: şəxsi cangüdən, özəl stilist, milyonlar və...

31.01.2018 16:15

36 yaşlı Beyonse ilə 48 yaşlı Cey Zinin böyük qızları Ayvinin cəmi 6 yaşı var, amma artıq özünü əsl ledi kimi aparırır. Azyaşlı olmasına baxmayaraq, Blu Ayvi indidən öz xarakteri, həm də ərköyünlüyü ilə seçilir.

Valideynləri ilə birlikdə "Qremmi” mükafatına qatılan Ayvinin hərəkəti son günlərdə maqazin gündəminin əsas müzakirə mövzularından biri olub. Məsələ ondadır ki, valideynləri səkkiz nominasiya üzrə namizəd olsalar da, heç bir mükafat qazana bilməyiblər. Bu səbəbdən də müğənnilərin qızı kobud reaksiya verərək Beyons və Cey Zinin mükafat alan həmkarlarını alqışlamasına imkan verməyib.

Ulduz cütlüyün pərəstişkarları qızcığazın bu hərəkətini dəstəkləsə də, bu, çoxları tərəfindən xoş qarşılanmayıb. Digərləri onun bu addımını gülməli adlandıraraq pisləyib və bildirib ki, belə davranış valideynlərinə münasibətdə yolverilməzdir.

Bu yazıda oxucuları "Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı müğənniləri sayılan Cey Zi və Beyonsenin 6 yaşlı qızları Blu Ayvinin dəbdəbəli həyat tərzi haqqında maraqlı faktlarla tanış edirik:

Personal

Əlbəttə ki, Blu Ayvi heç vaxt diqqət çatışmazlığı hiss etməyiib. Ona görə də müğənninin qızı dünyaya gələndən bəri ona iki dayə qulluq edir. Dayələri ona həm fransız, həm suaxili xalqının dilini öyrədir, həm də incəsənət dərsləri keçirlər. Bundan başqa Ayvinın şəxi aşpazı var. Ulduzların qızına yarınmaq üçün aşpaz Ayvini balet rəqqasları şəklində hazırlanmış makoronlarla sevindirir, həm də püre bişirir.

Ayvinin stil ikonasının qızı olduğunu nəzərə alsaq, şəxsi stilistinin olması qətiyyən təəccüblü deyil. Qızın xüsusi stilisti Manuel Mendez ona geyim seçimində yardım edir. Və təbii ki, dünyanın ən varlı müğənnilərinin qızı şəxsi cangüdənləri olmadan küçədə bir addım belə ata bilməz.

Məktəb

Los-Ancelesdə Erkən Təhsil Mərkəzinə gedən Blu Ayvinin valideynləri onun illiyinə təxminən 21-28 min dollar ödəyir. 1993-ci ildə psixoanalitiklər tərəfindən yaradılan bu məktəb çox mütərəqqi hesab olunur. Bu məktəbdə Cek Bikolson, Codi Foster və Barbara Streyzandın uşaqlar da oxuyub.

Musiqi karyerası

Anası da, atası da musiqiçi olduğu üçün Ayvinin gələcəkdə hansı peşə sahibi olduğunu müəyyən etmək çətin deyil. O, artıq öz valideynlərinin bəzi mahnılarının səs yazmasında iştirak edib, hətta onların kliplərində də çəkilib.

Adı

Qızın doğulmasından dərhal sonra Cey-Zi və Beyons onun adına pul qazanmağa başlayıb. Onlar heç bir qeydiyyatdan keçirə bilməsələr də, "Blue Ivy Carter” ticarət markası adı altında kosmetika, mobil qurğular, video oyunlar və s. mallar satmaq istəyirlər.

Ev və ilk oyuncaqları

Ayvi ilk günlərini Nyu-Yorkda valideynləri ilə birlikdə 3 mərtəbəli evdə keçirib. Onun ilk beşiyi kraliça kareti şəklində yerinə yetirilib və 20 min dollara başa gəlib. Brilyantlarla işlənmiş Barbi gəlinciklərinə isə Beyonsla Cey-Zi 70 min dollar xərcləyib.

Qarderob

Blu Ayvi artıq yaxşı bilir ki, kutyur geyimləri nədir. O, ötən il "MTV Video Music Awards” mükafatlarının təqdimat mərasiminə 11 min dollar dəyərində "Mischka Aoki” moda evinin hazırladığı paltarda gəlib, keçənilki "Qremmi” mükafatına 2400 dollara olan "Gucci” çantasını özü ilə götürmüşdü.

Hədiyyələri

2 yaşında Ayviyə poni hədiyyə olunub. Çünki qız uşaqlıqdan atlara maraq göstərirdi. 4 yaşı tamam olanda isə valideynləri qızları üçün öz bağlarında disneysayağı ziyafət təşkil etmişdi.

6 yaşlı Ayvi dünyanın bir çox ölkələrini səyahət edib, ən məşhur muzeyləri gəzib.

Dostları

Ayvi aktrisa Qvinet Peltrounun 13 yaşlı qızı Eppllə və Meray Kerinin 6 yaşlı əkiz uşaqları ilə dostlqu edir./Publika.az

© xezerxeber.az


354 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR