Ancelina Coli geyimi ilə hamını HEYRAN ETDİ - FOTO

31.01.2018 14:55

Gah həddən artıq arıqlaması, gah boşanması, gah da xeyriyyə tədbirləri ilə günədəmə gələn aktrisa Ancelina Coli bu dəfə Paris stilləri ilə diqqət çəkib.

BMT-nin xoşməramlı səfiri siması olduğu "Guerlain” markasının reklam çəkilişi üçün Fransaya uçub. Təbii ki, yerli paparatsilər aktrisanın şəkillərini çəkmək imkanlarını əldən verə bilməzdi.

Aktrisa adıçəkilən markanın ofisindən çıxanda təkcə reportyorlar deyil, həm də pərəstişkarları onun şəkillərini lentə alıb.

Qara rəng həvəskarı bu dəfə açıq rənglərə üstünlük verib. O, ilk çıxış üçün bej rəngli xalat-palto, açıq boz şalvar, dəbli stiletto seçib, gün eynəyi ilə zinət əşyaları və qırmızı dodaq boyası obrazın əsas tamamlayıcısı olub.

Kino ulduzu növbəti gün övladları ilə birlikdə Luvr muzeyinə üz tutub. Övladlarının hamısı olduqca rahat paltarlar geyinib, 6 uşaqlı ana isə hər zamankı kimi zəriflik nümunəsi olub. Başdan ayağa qaraya bürünən Ancelina dəstin boğuq təsirini azaltmaq üçün yenə də qırmızı dodaq boyasından istifadə edib.

Картинки по запросу angelina jolie paris 2018 style

3-cü gün Colinin Yelisey Sarayında Fransanın birinci xanımı Bricit Makronla görüşü baş tutub. Rəsmi görüş üçün Ancelina Coli açıq rənglərə yönəlib. Kino divanın bütün çıxışları həm moda tənqidçilərində, həm də sosial şəbəkə istifadəçilərində heyranlıq doğurub.

Yeri gəlmişkən, bu görüş, suriyalı qaçqınların problemləri ilə müzakirə etmək istəyən Ancelinanın təşəbbüsü ilə keçirilib.

Картинки по запросу angelina jolie paris brigitte macron

Xatırladaq ki, aktrisa ötən bazar günü İordaniyada BMT-nin xoşməramlı səfiri kimi onların düşərgəsində olmuşdu./publika.az

© xezerxeber.az


496 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR