Tuba Büyüküstünün sevgilisi haqqında dəhşətli İDDİALAR ÜZƏ ÇIXDI

10.01.2018 12:31

Tuba Büyüküstünün sevgilisi Ümid Evirgenə aid olan "Gizli Qalsın” klubunun işçiləri qonaqları döyüb.

Sözügedən məkanda tez-tez xoşagəlməz hadisələr olur. O məkanda bu yaxınlarda "Qalatasaray" idman klubunun keçmiş idarəçilərindən biri Haldun Üstünelin qardaşı oğlu Ömər Üstünel döyülüb.

İki qız dostu ilə məkana getmək üçün əvvəl rezervasiya etdirən Ömər Üstünel kluba çatanda yer olmadığını öyrənib. Onlar mühafizəçilər tərəfindən hücuma məruz qalıb, yerdə sürükləniblər. Bu hadisədən sonra Ömər Üstünel və dostları polisə şikayət edib.

Xatırladaq ki, aktrisanın sevgilisi Umid Evirgen Tuba ilə onun şəklini çəkən fotoqrafın kamerasını əlindən aldığı və onu döydüyü üçün həbs edilmişdi./publika.az

© xezerxeber.az


536 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR