Eyni yaşda olduqlarına inanmayacaqsız - Aygün, Röya, Nigar...

09.01.2018 18:28

İllər ötür, təbii ki, hər kəs yaşlanmaya başlayır. Kimisi estetik müdaxilə edərək yaşlandığının qarşısını alır, kimisi genlərinə güvənir, kimisi isə qocalmağı ilə razılaşır və hər yaşını böyük zövqlə yaşayır.

Bu səbəbdən bir çox məşhurlar öz yaşıdları ilə eyni görünüşə sahib olmurlar. Biz sizə eyni və az yaş fərqləri ilə təəccüblənəcək məşhurların siyahısını hazırlamağa çalışdıq.

XəzərXəbər qafqazinfo-ya istinadənhəmin müqayisəli siyahını təqdim edir:

Xalq artistləri Suğra Bağırzadə Fidan Qasımova... Hər iki məşhur simanın 70 yaşı var.

Xalq artisti Alim Qasımov (60 yaş) və məşhur aparıcı Yusif Ağayev(59 yaş).

Xalq artisti Mənsum İbrahimov və müğənni Səyyad Əlizadə (58 yaş).

Əməkdar artist Eyyub Yaqubov və müğənni Manaf Ağayev (52 yaş) .

Xalq artisti Brilliant Dadaşova Nazənin (54 yaş).

Əməkdar artist Xumar Qədimova və müğənni Almaz Ələsgərli (51 yaş).

Müğənnilər Samir Bağırov (50 yaş) və Əlikram Bayramov (49 yaş).

Xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Nüşabə Ələsgərli (50 yaş).

Xalq artisti Aygün Kazımova və müğənni Mənzurə Musayeva da eyni yaşdadırlar (46).

Xalq artisti Faiq Ağayev və əməkdar artist Vasif Məhərrəmli (46 yaş).

Xalq artisti, xanəndə Gülyanaq Məmmədova ilə əməkdar artist, aktrisa Naina İbrahimovanın 44 yaşı var.

Aralarında cəmi bir yaş fərqi olan digər məşhurlar əməkdar artist Aygün Bəylər (42) və müğənni Nura Suridir (41).

Məşhur biznes leydi Ruhi Əliyeva (40 yaş) və əməkdar artist Tünzalə Ağayeva (41) arasında yaş fərqi 1-dir.

Əməkdar artist Manana Caparidze (39) və müğənni Rəqsanə İsmayilova (38) arasında yaş fərqi elə də çox deyil.

İfa tərzləri və yaşları eyni olan Səbinə Babayeva (38 yaş) ilə Samirə Allahverdinin (38 yaş) xarici görünüşü eyni deyil.

Şou-biznesin iki 37 yaşlı məşhuru-Nigar Camalİradə İbrahimova...

"W-Trio"nun eks-üzvləri, əməkdar artist Röya Ayxanla (35 yaş) Natavan Həbibi (36 yaş) arasında yaş fərqi böyük deyil.

Bu məşhurlar arasında 1 yaş fərqinin olduğuna heç kəs inanmayacaq. Sevda Yəhyayeva (31 yaş) ilə Şəbnəm Tovuzlu (32 yaş) arasında fərq çoxdur.

© xezerxeber.az


1397 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR