Aktrisa polisin əlini dişləyib

08.01.2018 15:34

"Adını Feriha koydum" serialından türkiyəli aktrisa Feyza Civelek maşınını saxlamaq istəyən polisin əlini dişləyib.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa dostu ilə bərabər prokurorluğa aparılıb. Gənc aktrisa polisə müqavimət göstərməkdə şübhəli bilinərək saxlanılıb. O,məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.

Hadisə polis aktrisanın sərxoş olub-olmamasını yoxlamaq üçün maşınını saxlamaq istəyən zaman baş verib. Aktrisa ifadəsində qeyd edib ki, polis dostunun saçından tutaraq maşından çıxarıb: "Sonra isə daha iki polis gələrək məni zorla maşından çıxartdılar. Nə olduğunu anlamadım. Əsəbləşdim və maşından düşdüm. Polis məni yerə yıxdı və yumruq vurdu. Mən də özümü müdafiə üçün polisin əlini dişlədim. Dostum çox qorxdu və maşınına minərək hadisə yerindən uzaqlaşdı.Həmin polislərdən şikayətçiyəm".

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR