Sevgili olacaqlarını heç kim gözləmirdi

05.01.2018 12:27

"Altın Kelebek” mükafatlandırma mərasimində "Öz möcüzəsini yaradanlar” kateqoriyasında birlikdə mükafat alan 37 yaşlı Cansu Dərə ilə 36 yaşlı Engin Akyürek sevgilidir

Uzun müddətdir həyatında heç kim olmayan Engin Akyürek Cansu Dərəyə eşq elan edib. Dərənin də aktyora vurulduğu iddia edilib. Sevgililər münasibətlərinin sehrini pozmamaq üçün hamıdan gizli görüşməyə üstünlük verdiyi irəli sürülüb. Cütlük münasibətləri möhkəmlənənə qədər mətbuata heç bir açıqlama verməyi düşünmür.

Məlumat üçün bildirək ki, Cansu Dərə uzun illər Cem Yılmazın sevgilisi olub. Lakin Cem Yılmaz Cansu Dərənin yaxın rəfiqəsi Ahu Yağtu ilə evlənib.

Cansu Dərə də, Engin Akyürek də heç vaxt evli olmayıb.

© xezerxeber.az


445 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR