Aşıq Əlinin 50-dən çox “KaMAZ”ı var?

05.01.2018 09:33

Məşhurlar həyatlarını sığortalamaq üçün sanki yarışa girir. Müğənnisi, aktyoru, aparıcısı, modeli fərqi yoxdur, bütün dünyadaəksər tanınmışların özlərinəməxsus ikinci işi, yəni şəxsi biznesi olur.

Məlum məsələdir ki, yaşı 60-ı keçmiş hansısa aktyor, yaxud müğənni artıq ya heç kimə lazım olmur, ya da əvvəlki güündə olmadığından meydandan çəkilməyə məcbur qalır. Buna görə də əksər sənətçi gələcəyini qabaqcadan düşünüb, kiçik də olsa özünə biznes qurur. Təbii ki, burada qəbahət bir iş yoxdur.

Azərbaycanda da vəziyyət belədir. Bəziləri bunu reklam etməyə səy göstərsə də, çoxları gizlin saxlamağı üstün tutur.

Modern.az-ın "Sənət adamlarının biznesi” adlı rubrikasında tanınmışların ikinci işi ilə tanış ola biləcəksiniz.

Onu da qeyd etməliyik ki, əksər hallarda sənət adamları qurduqları biznesi öz adlarına qeydiyyata saldırmırlar. Ona görə də bunu onlara sübut etmək asan olmur. Ancaq Azərbaycan o qədər də böyük ölkə deyil və burada hamı hamını tanıyır, kimin nə işlə məşğul olduğu sirr deyil.

Beləliklə, haqqında yazacağımız ilk sənətçi Aşıq Əli Tapdıqoğludur. Saytımızın əldə etdiyi məlumata görə, aşığın50-dən artıq böyük tonnajlı yük maşını var. O, qardaşları ilə birlikdə qum, çınqıl biznesi və nəqliyyat işləri ilə məşğuldur.

Məlumat dəqiq olsa da,Aşıq Əli saytımıza açıqlamasında bu haqda danışmaqdan yayındı: "Düzdür, həm xaricdə, həm də Azərbaycanda sənətindən əlavə, bizneslə məşğul olan insanlar var. Amma açığı, mənim heç bir biznesim yoxdur. Dolanışığım da sənətdəndir. Həmçinin hər hansı yük maşınlarım, qum, çınqıl biznesim də yoxdur”.

Müsahibimizqeyd edib ki, aşıq sənətilə ailəni dolandırmaq mümkündür:

"Adam var, 300 manat maaş alır, bunun içində gəzməyi, yeməyi, başqa xərcləri də var, amma dolanır. Adam da var, aylıq 20-30 min manat gəliri var, amma yenə də çatdıra bilmir. Aşıq sənəti ilə də dolanmaq olar, niyə olmur ki... Ümumiyyətlə, seçdiyin sənət gəlir gətirirsə, deməli ailəni dolandırırsan. Bu artıq insanın özündən asılı olan bir şeydir”.

Aşıq Əli həmçinin hazırkı aşıq sənətinin vəziyyətindən də söz açıb. Bildirib ki,indi aşıq sənətinə maraq daha da yüksəlib: "Düzdür, gənclərin hardasa 20-30 faizi bu sənətə maraq göstərmir, amma qalan 70-80 faizaşıqlıq sənətini sevir. Deyim ki, bu gün aşıqlarımızın hamısı sevilir, düz olmaz. Bizim getdiyimiz məclislərdə, toylarda aşıq sənəti qəbul olunmayan səviyyədədir. Amma biz onu qəbul etdirmişik. Yəni çıxışlarınla aşıq sənətini sevməyənə də sevdirmək lazımdır.

Bir sənəti hamı sevə bilməz. Ümumiyyətlə, bir insanı da hər kəs sevə bilməz, normal haldır. Əslində aşıq sənətini sevdirmək çətin deyil, sadəcə olaraq insan psixologiyasını bilmək lazımdır. Qarşındakı insanın zövqünü bilməlisən. Bir məclisə gedən zaman düşünməlisən ki, dinləyiciyə hansı havanı oxumalıyam ki, qulaq assın. Amma hər adam bunu bacarmır”.

© xezerxeber.az


1132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR