Prodüser Təranəyə cinayət işi açıldı - YENİ FAKTLAR

30.12.2017 16:01

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb. Məlum cinayət işi ilə bağlı artıq bəzi məqamlar aydınlaşıb. Lent.azqaynarinfo-ya istinadən xəbər verir ki, prodüserin 1 ildən çoxdur ki, ölkədən çıxışına qadağa qoyulub. Daha bir məqam isə ondan ibarətdir ki, prodüserin barəsində cinayət işi 144-cü (insan alveri, istismar) maddə ilə deyil, 143.1-ci maddə ilə (fahişəliyə cəlb etmə) açılıb. Bu hadisə 2 ay öncə baş verib.

Qeyd edək ki, bir müddət öncə müğənni Cavanşir Məmmədov bu məsələyə toxunub və bəzi məşhurların qadın alveri ilə məşğul olduğunu deyib.

Prodüser isə cavabında demişdi: "Cavanşir Məmmədova bu mövzuya müdaxilə etməyi, danışmağı yaraşdırmadım. Ayıbdır. Onsuz da o, geyimi ilə gündəmə gəlmək istədi, güllü köynək geyindi, pencəyinin bir qolunu kəsdirdi, alınmadı. Mən təklif edirəm ki, Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin, amma belə mövzulardan danışmasın. Bu elə bir mövzudur ki, səlahiyyətli orqanların, bu işlə məşğul olan insanların mövzuya həssas yanaşmalarına təkan vermiş olur. Belə çıxır ki, sən özün qız "çıxarırsan”. Meymun baxır güzgüyə, adını qoyur özgəyə... Şou-biznes adına ləkə gətirən insanlar var. Amma Cavanşir Məmmədov niyə mövzuya toxunur, belə danışır? Bu işlə məşğul olan müğənnilər, aktyorlar var, ya da yoxdur, bilmirəm. Amma Bakı balaca şəhərdir. Elə müğənniləri İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırırlar ki... Mən özlüyümdə deyirəm ki, o yetimi ora niyə çağırıblar? Elə müğənnilərimizi nahaqdan ora çağırıblar ki, mənim tüklərim biz-biz olub. Ayıbdır, bu mövzuya niyə toxunurlar, anlamıram”.

Məlumata görə hazırda Təranə Səmədova azadlıqdadır. O ailəsi ilə yeni ili qarşılayacaq. Təranə Səmədova telefon zənglərinə cavab verməyib.

*****

10:07

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün əməkdaşımız T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərimizə cavab verməyib.


© xezerxeber.az


667 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR