Sevil və Sevinci bir-birindən necə AYIRD ETMƏK OLAR?

10.11.2017 13:26

Yeni ulduz yarışması ilə tanınan Sevil və Sevinc Səfərovaları ayrıd etmək çox çətin məsələdir. Şou-biznesimizin əkizlərini bəzi insanlar ayırd edə bilsə də, bu, çoxluq üçün bir az müəmmalı məsələdir. Onlar bir-birinə o qədər bənzəyir ki, sizi asanlıqla aldada bilərlər. Lap "Zita və Gita" filminin sonundakı kimi...

Hər iki bacının insanlar tərəfindən necə ayırd edilə biləcəyini elə onların özündən soruşduq. Maraqlı cavablar verən əkizləri bir-birindən belə ayırd edə bilərsiniz...

Sevinc: Sevinc çox danışır, Sevil az danışır. Amma bu efirdə belədir, həyatda isə əksinə olur.

Sevinc: Sevil qaşını qaldırır, məndə isə qaş aşağıda olur (gülür).

Sevil: Gedib botoks etdirəcəm ki, bunlar hamısı kənara yatsın (gülür).

Sevil: Mənim sol gözümün altında iki xal var, amma Sevincdə yoxdur.

Sevinc: Sevilin sifəti uzun, mənim isə yumrudur.

Sevil: Mən 5 kilo Sevincdən arığam, o, isə məndən kökdür.

Sevinc: Sevil 36 ölçü ayaqqabı , mən 35 ölçü geyinirəm.

Sevinc: Əslində efirdə davakar mənəm, həyatda Sevildir. Heç biriniz onun əlinə düşməyəsiniz. Çox səmimi deyirəm (gülür).

Sevil: Təpik, yumruq (gülür).

Sevinc: Sevil sözləri efirdə demir, həyatda deyir. Amma mən efirdə deyirəm.

Sevil: Mən yemək bişirə bilmirəm, amma Sevinc bişirir.

Sevinc: Bu qədər...

publika.az

© xezerxeber.az


1499 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR