BakıdanTarkana 1,5 milyon dollarlıq təklif

07.11.2017 16:17

Türkiyəli müğənni Tarkana Bakıdan yeni konsert təklifi gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il "10” albomu, konsertləri və reklam müqavilələri ilə 50 milyon lirə (təxminən 25 milyon manat) qazanan sənətçi Yeni il üçün təkliflər almağa başlayıb.
Belə ki, "Meqastar"a Kiprdəki bir oteldən 3 milyon lirəlik (təxminən 1,5 milyon manat), Azərbaycandan isə 1,5 milyon dollarlıq təklif gəlib.
Yeni illə bağlı Bakıdakı təşkilatçılıq şirkətlərindən birindən təklif alan Tarkanın cavabının nə olduğu hələ bəlli deyil.
Qeyd edək ki, Tarkan iyunda "Formula 1” çərçivəsində keçirilən konsertdə səhnəyə çıxmış və buna görə 500 min dollar almışdı.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR