Məşhur aparıcı Acun Ilıcalının xanımından açıqlama: “İki uşağım var”

06.11.2017 15:02

Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşı ikinci dəfə ana olmaq istəyi ilə bağlı açıqlama verib.

Şeyma dünən axşam rəfiqələri ilə restorandan çıxarkən görüntülənib. İnstaqram fenomenini görən küçə musiqiçiləri dərhal onun yanına gəlib. Musiqiçilərə 100 lirə bəxşiş verən Ş.Subaşı daha sonra onların videosunu çəkib.

Şeyma Subaşı müxbirlərin "İkinci dəfə ana olmağı düşünürsüzmü?” sualına "Elə bir fikrimiz yoxdur" cavabını verib.

Şeyma Acun Ilıcalıdan olan qızı Melisa və bacısı qızı ilə şəkillərini sosial şəbəkədə paylaşaraq "Mənim onsuz da iki uşağım var” , - deyə bildirib./publika.az

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR