Müğənninin evində zibil qutusuna atılan milyonlar... - ŞOK

06.11.2017 14:18

Məşhur türk müğənnisi Dəmət Akalın köhnə evində 1 milyon türk lirəsini (təxminən 400 min manat) unudub.

Müğənni illərdir yaşadığı villasını sataraq 18 milyon türk lirəsinə (7 milyon 200 min manat) lüks villa alıb.

Köhnə evi təmir edən ustalar yataq otağında kağıza bükülü bir şey görüblər. Onu tullantı zənn edib zibil qutusuna atmaq istədikləri vaxt 1 milyon türk lirəsi yerə səpələnib.

Ustalar 1 milyonu unudan Dəmətə bu barədə məlumat veriblər. Müğənni pulları götürmək üçün adam göndərib, amma ustalara xəbər verdikləri üçün heç bir hörmət etməyib./Teleqraf.com


© xezerxeber.az


2090 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR