Türkləri heyran edən Azərbaycanlı aktrisa instaqramda REKORD QIRIR – FOTOLAR

02.11.2017 12:27

Həmyerlimiz, aktrisa Nesrin Cavadzadə "Bizim hikaye” serialındakı rolu ilə Türkiyənin gündəmindədir.

Dəfələrlə Türkiyədə mükafatlar qazanan aktrisa serialdakı Tülay obrazı ilə fanatlarının sayını günbəgün artırır. İnstaqramda da rekord qıran sənətçinin videolarına 2 milyona yaxın baxış sayı gəlir.

Türkiyənin ən aktiv sosial platforması tvitterdə də trend olan aktrisanı fanatları Penelope Kruza bənzədir. Nesrin haqqında xoş ifadələr səsləndirən sosial şəbəkə istifadəçiləri onun ekrana yaraşdığını bildirirlər.

Qeyd edək ki, bir neçə dil bilməsi ilə diqqət çəkən N.Cavadzadə gözəl bədən quruluşu və saf gözəlliyi ilə türk aktrisalarına meydan oxuyur.

Publika.az

© xezerxeber.az


987 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR