Murad Boz: “O qızı mən qaçırmamışam”

01.11.2017 16:25

Məşhur türk müğənnisi Murad Boz həmkarı Səda Sayanın proqramındakı bir məsələ ilə bağlı sosial şəbəkədə şəkil paylaşıb.

Türkiyənin Şou TV kanalında yayımlanan "Səda və Uğurla” proqramında uşaq qaçırma hadisəsində günahlandırılan adamın adının Murad Boz olması məşhur müğənnini açıqlama verməyə məcbur edib.

Müğənni həmin qızın tapılmasından sonra bu açıqlamanı paylaşıb: "Bu işin zarafatı olmaz. Günlərdir susuram, ancaq buna inanıb "Bu nədir?” sualı ilə mənə mesaj yazanlar oldu. Röya bacımız tapıldığına görə artıq açıqlaya bilərəm ki, onu mən qaçırmamışam. Sadəcə adaşıq...”

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR