Məşhur müğənninin qızı maliyyəçiyə ərə getdi - FOTO

10.10.2017 15:14

Dünya şöhrətli rus müğənni Valeriy Meladzenin böyük qızı, 26 yaşlı İnqa maliyyəçi Nori Verqizeyə ərə gedib.

"Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, İnqa ilə Nori 10 il öncə Böyük Britaniyada "King's Ely” məktəbində təhsil alarkən tanış olublar. Birlikdə "Oksford” universitetinə daxil olan cütlük 2015-ci ildə ailə qurmaq qərarına gəlib.

Cütlüyün ötən həftə Moskvada hotellərdən birində dəbdəbəli toy mərasimi keçirilib. Mərasimdə Rusiya şou-biznesinin məşhur simaları iştirak ediblər.

Əslən Mərakeşdən olan Nori bu gün özünə doğma vətənində də toy edib.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR