Gülben Ergen keçmiş ərini də məhkəməyə verir

05.10.2017 15:06

Müğənni Gülben Ergen onu təhqir edən həmkarları Yeşim Salkım Sereb Serengillə yanaşı, keçmiş aparıcı əri Erhan Çeliki də məhkəməyə verir.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki,ifaçı eks-həyat yoldaşının Yeşim Salkımla birlikdə ona qarşı tələ qurduğunu iddia edir.

Belə ki, evli izmirli iş adamı ilə sevgili olması xəbərinin mediada yayılmasında Gülben Erhandan şübhələnir.

Xatırladaq ki, Yeşimlə Seren Gülbeni evli kişilərin ailəsini dağıtmaqda ittiham etmiş, hətta sosial şəbəkədə ona qarşı "ərimətoxunma" haştaqı yaratmışdılar.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR