Onların toyu ilin ƏN YAXŞISI OLDU - FOTO

04.10.2017 12:34

Türkiyənin məşhur sorğu saytının araşdırması nəticəsində məlum olub ki, ilin ən gözəl toyu Burak Özçivitlə Fahriye Evcenin toyudur.

Sorğuda 24,138 nəfər iştirak edib. Suallardan əldə edilən cavablar onu göstərib ki, türklər toylarına xüsusi fikir verir.

"Toyunuzu necə təsəvvür edirsiniz?” sualına cavab verən 18.856 nəfərin 29 faizi dəniz kənarında, 25 faizi isə bağda cavabını verib. "Mağarda toy keçirilməsini doğru hesab edirsiniz?” sualına 152 nəfərdən 62-si "xeyr" cavabını verib.

"Bu il toylarda ən çox səsləndirilən mahnı sizcə, kimin olaacaq?” sualına iştirakçıların 36 faizi İrəm Derici, 30 faizi isə Mustafa Ceceli deyib.

"Toyun mükəmməl olması üçün vacib amil hansıdır?” sualına cavab verən 271 nəfərin 93-ü gəlinlik, 3-ü buket, qalanları isə fata və ayaqqabı deyib.

"Ən gözəl toy hansı məşhurun olub?” sualına cavab verənlərin 57 faizi Burak Özçivit və Fahriye Evcen, 22 faizi Kadir Doğulu ilə Neslihan Atagül, 21 faizi isə Kənan Doğulu ilə Beren Saat söyləyib./publika.az


© xezerxeber.az


283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR